Əfqanıstan paytaxtı raket atəşinə tutulub, ölənlər var

Əfqanıstan paytaxtı raket atəşinə tutulub, ölənlər var

21 Noyabr 2020 10:48
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstanın paytaxtı Kabul şəhərinin noyabrın 21-də səhər saatlarında raket atəşinə tutulması nəticəsində azı 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Oxuməni.az xəbər verir ki, məlumatı “Pajhwok” agentliyi yayıb. Bildirilib ki, Kabula səhər saatlarında azı 10 raket buraxılıb.

Kabulun bir neçə rayonu da atəşə məruz qalıb.