Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun müalicəsində "Remdesivir" dərmanından istifadə etməməyi tövsiyə edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun müalicəsində "Remdesivir" dərmanından istifadə etməməyi tövsiyə edib

20 Noyabr 14:37
371
Bəyəndim (0) Bəyənmədim (0)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyası olan xəstələrin müalicəsində "Remdesivir" dərmanından istifadə etməməyi tövsiyə edib.

Oxuməni.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti dərman istifadəsi və hazırlanması ilə məşğul olan beynəlxalq ekspert qrupunun nəticələrinə istinad edərək məlumat verib.

ÜST bu günə qədər xəstəliyin şiddətindən asılı olmayaraq, dərmanın xəstənin tez sağalmasına təsirinə dair bir dəlil olmadığını vurğulayıb. Bundan əlavə, ventilyasiya ehtiyacını azaltmasına təsiri barədə heç bir dəlil tapılmayıb.

Eyni zamanda dərmanın klinik praktikada rolu aydın deyil. Ekspertlərin bu tövsiyəsi 7000-dən çox xəstənin iştirak etdiyi beynəlxalq sınaqların nəticələrinin təhlilinə əsaslanır.

O da qeyd olunub ki, "Remdesivir"in spesifik xəstə qruplarına təsirini araşdırmaq üçün tədqiqatlar davam etdirilməlidir.

Oxuməni.az