Ermənistan müdafiə naziri istefa verdi

Ermənistan müdafiə naziri istefa verdi

20 Noyabr 2020 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın müdafiə naziri David Tonoyan vəzifəsindən istefa verib.

Oxuməni.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Onun Qarabağ döyüşlərindəki məğlubiyyət səbəbindən istefa verdiyi bildirilir.

Ermənistan hakimiyyəti Vaqarşak Arutyunyanın müdafiə naziri vəzifəsinə namizədliyini nəzərdən keçirir. Onun yaxın vaxtlarda nazir postuna gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, V.Arutyunyan hazırda Ermənistanın baş naziri Nikol Paşinyanın baş məsləhətçisi vəzifəsini tutur. O, 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub.