Ermənipərəst konqresmenlər Qarabağda əldə olunan atəşkəs sazişini qəbuledilməz adlandırıblar

Ermənipərəst konqresmenlər Qarabağda əldə olunan atəşkəs sazişini qəbuledilməz adlandırıblar

19 Noyabr 2020 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika erməni icmasının həmsədrləri, eyni zamanda Konqres nümayəndələri olan Frank Pallon, Qus Bilirakis, Ceki Speyer və Adam Şif Qarabağda əldə olunan atəşkəs sazişini qəbuledilməz adlandırıblar. Onlar keçmiş qondarma rejimin “əhalisi”nin öz müqəddəratını həll etmək haqqına sahib olduğunu iddia ediblər.

Oxuməni.az xəbər verir ki, adı çəkilən konqresmenlər mövzu barəsində artıq Tramp administrasiyasına rəsmi müraciət ediblər.

Məsələ ilə bağlı ABŞ Dövlət katibinə göndərilən məktubda deyilir:

“ABŞ Qarabağdakı vəziyyətə yalnız Türkiyə və Rusiyanın diktə etməsinə və hakim olmasına icazə verə bilməz. Hazırkı vəziyyətdə ilk addım Dağlıq Qarabağa beynəlxalq sülhməramlıların yerləşdirilməsi olmalıdır. Əgər ABŞ Dağlıq Qarabağın (keçmiş qondarma “dqr” nəzərdə tutulur – red.) “müstəqilliyi”ni tanımamağa davam etsə, onda oradakı erməni əhalisinə etnik azərbaycanlı və türklər tərəfindən sıxışdırılmaqdan başqa şans qalmayacaq”.

Konqresmenlər, həmçinin ABŞ hökumətindən Türkiyə və Azərbaycanla olan münasibətləri gözdən keçirməyi də tələb edib:

“Biz keçmiş səhvlərimizdən dərs çıxarmalı və gələcəkdə bu xətalara bir də yol verməməliyik. Türkiyəyə qarşı əlimizdə olan bütün siyasi imkanlardan istifadə edərək, onları etdikləri əmələ görə cəzalandırmaq lazımdır. ABŞ hökuməti iqtisadi sanksiyadan, humanitar dəstəyin dayandırılması və müxtəlif ikitərəfli müqavilələrə xitam vermək kimi imkanlardan istifadə edib, Azərbaycanı dayandırmağa çalışmalı idi”.

Səttar