İsveçrədə koronavirus tuğyan edir

İsveçrədə koronavirus tuğyan edir

19 Noyabr 2020 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçrə xəstəxanalarının reanimasiya şöbələrində rəsmi olaraq boş çarpayı qalmayıb.

Oxuməni.az xəbər verir ki, İsveçrə İntensiv Təbabət Cəmiyyəti pandemiya ilə əlaqədar vəziyyətin kollaps həddinə çatdığına dair məlumat yayıb. Məlumatda qeyd edilib ki, ölkədə reanimasiya şöbələrində yerləşən sertifikatlaşdırılmış və böyüklər üçün nəzərdə tutulan 876 çarpayı artıq xəstələrlə tutulub.

Cəmiyyətdən həmçinin bildirilib ki, son həftələrdə çarpayı çatışmazlığının qarşısını almaq üçün bir sıra xəstəxanalarda nəzərdə tutulan cərrahi əməliyyatları təxirə salınıb və həmin çarpayılar COVıD-19 xəstələrinin sərəncamına verilib. Eyni zamanda əlavə çarpayılar sayəsində vəziyyətin nəzarət altında saxlanılmasına çalışılıb. Lakinin bununla belə, intensiv təbabət şöbələri artıq öz imkanlarının sərhəddinə çatıblar və COVID-19 pandemiyasının hazırkı dalğasının öhdəsindən gəlmək iqtidarında deyillər. Çarpayı çatışmazlığına görə xəstələrin bir qismi öz yaşayış yerinə yaxın xəstəxanalarda deyil, başqa kantonlardakı xəstəxanalarda yerləşdirilməli olublar və bu vəziyyət də ailə üzvləri üçün əlavə çətinliklər yaradıb.

Qeyd edilməlidir ki, hazırda İsveçrədə gündəlik yoluxma sayı 6115 nəfərə bərabərdir, noyabrın 6-da isə bu göstərici 10 min nəfəri ötmüşdü. Hazırda 3895 nəfər xəstəxana şəraitində müalicə alır, onlardan 544-ü reanimasiya şöbələrinə yerləşdirilib. Reanimasiya şöbələrindəki 345 xəstə isə digər xəstəliklərlə əlaqədar müalicə alırlar.

Oxuməni.az