İsrail ordusu Suriya ərazisindəki İran qüvvələrinə zərbələr endirib

İsrail ordusu Suriya ərazisindəki İran qüvvələrinə zərbələr endirib

18 Noyabr 2020 12:49
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail ordusu Suriya ərazisindəki İran qüvvələrinə, həmçinin Suriya hərbçilərinə zərbələr endirib.

Oxuməni.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

İsrail ordusunun Tvitter hesabında Qüds briqadasının Dəməşqdə yerləşən birləşməsinə zərbələr endirildiyi bildirilib.

Suriyanın SANA dövlət agentliyi hərbi mənbəyə istinadən İsrailin Suriya ərazisinə raket hücumları nəticəsində üç nəfərin öldüyünü yazıb.