Nikol Paşinyan öz hakim qrupunu formalaşdırır

Nikol Paşinyan öz hakim qrupunu formalaşdırır

17 Noyabr 2020 12:23
Bəyəndim (0) Bəyənmədim (0)

Nikol Paşinyan öz hakim qrupunu formalaşdırır. Həmin prosesə hakim Karen Farxoyan rəhbərlik edir.

Oxuməni.az xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

Bildirilib ki, Farxoyan artıq iki gündür Paşinyanın adından hakimlərlə görüşlər keçirir, onların mövcud hakimiyyətə münasibətini dəqiqləşdirir.

Qeyd olunur ki, dünən gecə saatlarında hakim Farxoyan Paşinyana hakimiyyətə işləyəcək 4 hakimin adını təqdim edib:

1. Anna Danielyan

2. Mnatsakan Martirosyan

3. Qagik Poqosyan

4. Vaçe Marqaryan.

“Onun hələ “kamuflyajda olan” 2 hakimi var -Mahvel Şahverdyan və Artak Tadevosyan. Ermənistan Milli Təhlükəsizlik Xidməti kifayət qədər kompromat toplaya bilsə, onlar da bu siyahıya qoşulacaqlar”, - məlumatda vurğulanıb.

Səda