Tramp administrasiyası Yəmənin Ənsar Alla (husilər) Hərəkatını terror təşkilatı elan etməyə hazırlaşır

Tramp administrasiyası Yəmənin Ənsar Alla (husilər) Hərəkatını terror təşkilatı elan etməyə hazırlaşır

17 Noyabr 2020 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Tramp administrasiyası Yəmənin Ənsar Alla (husilər) Hərəkatını terror təşkilatı elan etməyə hazırlaşır.

Oxuməni.az xəbər verir ki, bu məlumatı “Forin Polisi” yayıb. Məlumata görə, Vaşinqtonun bu qərarı Yəmənə yardım göstərilməsi ilə bağlı beynəlxalq səyləri dayandıra bilər.

Qəzetin mənbəsi ABŞ-ın uzun müddətdir bu barədə düşündüyünü, amma Pompeonun indi prosesi sürətləndirmək istədiyini bildirib.

Vaşinqtonun bu addımdan imtina etməsiylə bağlı BMT-nin Yəmən üzrə xüsusi elçisi Martin Qriffits, eləcə də Almaniya və İsveç israr edib.

Oxuməni.az