Azərbaycana Türkiyə hərbi qüvvələrinin göndərilməsini dəstəkləyən sənədin mətni açıqlanıb

Azərbaycana Türkiyə hərbi qüvvələrinin göndərilməsini dəstəkləyən sənədin mətni açıqlanıb

16 Noyabr 16:09
205
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilən Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədin mətni açıqlanıb.

Oxuməni.az-ın qardaş ölkə mətbuatına istinadən verdiyi xəbərinə görə, sənəddə deyilir:

“Dost və qardaş ölkə Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün apardığı mübarizə illərdir davam edir.

Ermənistanın 27 sentyabr 2020-ci il tarixində Dağlıq Qarabağda cəbhə xətti boyu hərbi hədəflərə və mülki əhaliyə hücumlarına cavab olaraq Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək əks-həmlə əməliyyatına başlayıb və nəticədə işğal altındakı torpaqlarının azad edilməsi istiqamətində əhəmiyyətli qələbə qazanıb.

Türkiyə beynəlxalq hüquq və suverenlik haqları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü də daxil olmaqla, bütün haqlarını müdafiə edə bilməsi üçün prosesindən əvvəlindən ona dəstək verib. Nəticədə Azərbaycanın əks-həmlə əməliyyatında əldə etdiyi irəliləyiş meydanda yeni bir şərait yaradıb.

Azərbaycan, Rusiya və Ermənistanın əldə etdikləri razılaşmaya əsasən, 10 noyabr 2020-ci il tarixində saat 00.00-dan etibarən bölgədə atəşkəs elan edilib və işğal altındakı bəzi bölgələrin Azərbaycana qaytarılmasını nəzərdə tutan təqvim elan olunub.

Əldə edilən razılaşmaya əsasən, atəşkəsə əməl edilib-edilməməsinin monitorinqini aparmaq məqsədilə işğaldan azad edilən Azərbaycan torpaqlarında Birgə Mərkəz yaradılacaq. Azərbaycanın tələbi əsasında Mərkəzdə Türkiyə və Rusiyanın müştərək iştirakı qərara alınıb.

Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə quracağı Birgə Mərkəzdə və bu Mərkəzin işində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin və ehtiyac olacağı təqdirdə Türkiyədən olan mülki şəxslərin xidmət aparmasının, 16 avqust 2010-cu il tarixində imzalanan “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişi”nə əsasən ölkəmizin öhdəliyinə uyğundur, bu, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq tanıyan beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in prinsipləri ilə də uyğunluq təşkil edir, bölgə xalqlarının sabitliyi və rifahının xeyrinədir, ayrıca milli maraqlarımız baxımından lazımlıdır.

Bu mülahizələrlə “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişi”nin şərtlərindən irəli gələn öhdəliyimizi yerinə yetirmək, atəşkəsin təsis edilməsi və pozulmasının qarşısının alınması, bölgədə sülh və sabitliyin əldə edilməsi məqsədilə Türkiyənin yüksək mənfəətlərini təsirli şəkildə qorumaq və müdafiə etmək üzrə şəxsi heyətin tərkibi, xidmət müddətinin Prezident tərəfindən təyin ediləcəyi, Birgə Mərkəzin xidmətlərinin icrası istiqamətində Türkiyə Silahlı Qüvvələrinin xarici ölkələrə göndərilməsi, bu qüvvələrin Prezidentin müəyyən edəcəyi əsaslara görə istifadə edilməsi ilə risk və təhdidlərin aradan qaldırılması üçün lazımi tədbirin görülməsi və bunlara imkan verəcək tənzimləmələrin Prezident tərəfindən müəyyənləşdiriləcək əsaslara görə aparılması üçün Konstitusiyanın 92-ci maddəsinə əsasən bir il müddətində icazə verilməsinin lazım olduğunu sizin diqqətinizə çatdırıram”.

Oxuməni.az