Rusiya  Xocalı aeroportunu ələ keçirir- Gələcəkdə ermənilərə vermək üçün?

Rusiya Xocalı aeroportunu ələ keçirir- Gələcəkdə ermənilərə vermək üçün?

12 Noyabr 2020 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın sülhməramlı qüvvələri Laçın dəhlizi və Dağlıq Qarabağda təmas xətti boyunca yerləşməyə davam edir.

Oxuməni.az Rusiya Baş Qərargahına istinadən xəbər verir ki, bölgəyə 8 Mi-8 və Mi-24 döyüş helikpoteri yerləşdiriləcək.

“Helikopterlər atəşkəs rejimi rayonlarında hava monitorinqi həyata keçirəcək”-deyə açıqlamada deyilir. Bundan başqa, helikopterlər dağlıq ərazilərdə post quracaq rusiyalı sülhməramlıların yerləşdirilməsi üçün də istifadə ediləcək. Rusiya hərbi mənbələri helikopter və pilotsuz uçuş aparatlarının Xocalı aerioportunda yerləşdiriləcəyini yazır.

Xatırladaq ki, 1991-ci ildə Qarabağ döyüşləri zamanı fəaliyyətini dayandıran Xocalı aeroportu 2011-ci ildə ermənilər tərəfindən bərpa edilmişdi. Amma aeroportdan bu günə qədər təyyarə uçuşları həyata keçirilməyib.

Anar