İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yürüş keçiriləcək

İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yürüş keçiriləcək

12 Noyabr 2020 09:48
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan müxalifəti bu gün İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yürüş keçirməyi planlaşdırır.

Oxuməni.az nevvs.am-a istinadən xəbər verir ki, bunu Daşnaksütyun Partiyasının rəsmisi Arsvik Minasyan deyib.

“Saat 17-də “Matenadaran”dan yürüşə başlayacağıq. Bizim tələbimiz təkcə Paşinyanın istefası yox, həm də tərəfdaşlarımızın azad edilməsi olacaq. Bu, güclü aksiya olacaq. Ümid edirik ki, aksiyaya yalnız İrəvan sakinləri deyil, milli qüvvələrə qarşı repressiyalara dözmək istəməyən bölgə sakinləri də qoşulacaq”.

Qeyd edək ki, dünən də erməni müxalifəti İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbilə mitinq keçirib.

Oxuməni.az