Arpina Ovannisyan-Paşinyana: "Satqın, sən hələ 10 gün əvvəl alternativ qərar qəbul edə bilərdin"

Arpina Ovannisyan-Paşinyana: "Satqın, sən hələ 10 gün əvvəl alternativ qərar qəbul edə bilərdin"

10 Noyabr 2020 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

"Sən miskinsən Paşinyan- qalib gələn xalqı məğlubiyyətə gətirib çıxardın".

Oxuməni.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sabiq vitse-spikeri Arpina Ovannisyan Facebook səhifəsində yazıb. O Paşinyana xatırladıb ki, 10 gün əvvəl bundan daha yüngül şərtlərlə sənəd imzalaya bilərdin.

"20 -30 gün əvvəl müvafiq sənədə imza ata bilərdin. Amma yalan danışmağa və qurbanlara üstünlük verdin. Sən qələbə qazanmış xalqı məğlubiyyətə gətirib çıxardın. Buna görə də insanlar və Allah səni bağışlamayacaq",- Arpina Ovannisyan yazıb