Ermənistanda bundan sonra nələrin baş verəcəyini proqnozlaşdırmaq çox çətindir

Ermənistanda bundan sonra nələrin baş verəcəyini proqnozlaşdırmaq çox çətindir

10 Noyabr 14:41
163
Bəyəndim (0) Bəyənmədim (0)

Paşinyan kapitulyasiya elan etdi və Azərbaycanın bu müharibədə hərbi qələbəsi nəticəsində müvafiq siyasi sazişi imzaladı. Strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin ələ keçirilməsi bu müharibənin dönüş nöqtəsi idi və Ermənistan ordusunun bundan sonra müqavimət göstərməsinin mənası yox idi. Ona görə Azərbaycan bu qələbəni Ordusu və Ali Baş Komandanı İlham Əliyevin sayəsində əldə etdi.

Oxuməni.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko "Kavkazskiy Vestnik"ə müsahibəsində erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması barədə sazişin imzalanmasını şərh edərkən deyib.

“Gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli fəal şəkildə irəliləyəcək. Bununla yanaşı, Ermənistan parlamentində və hökumət binalarında gecə saatlarında keçirilən aksiyaları nəzərə alsaq, Ermənistanda bundan sonra nələrin baş verəcəyini proqnozlaşdırmaq çox çətindir. Əlbəttə, bu, erməni cəmiyyəti üçün ciddi dərs oldu. Dəfələrlə dediyim kimi, Ermənistanın bütün iddiaları Nikol Paşinyana ünvanlanmalıdır. Bu adam yeni müharibənin reallığa çevrilməsi üçün əlindən gələni etdi və uduzdu, indi isə cavab verməlidir. Paşinyanın buna necə cavab verəcəyi önümüzdəki günlərdə bilinəcək", - o bildirib.

Həmidə