Ermənistan prezidenti: “Təslim olduğumuzu KİV-dən öyrəndim”

Ermənistan prezidenti: “Təslim olduğumuzu KİV-dən öyrəndim”

10 Noyabr 2020 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Prezidenti Armen Sarkisyan Rusiya və Azərbaycanın Dağlıq Qarabağla bağlı razılaşması barədə KİV-dən xəbər tutub.

Oxuməni.az-ın verdiyi məlumata görə, bu barədə “Sputnik Ermənistan”-ın yayadığı məlumatda deyilir.

Sarkisyan bu mövzuda heç bir müzakirə, məsləhətləşmə və danışıqda iştirak etmədiyini bildirib.

O qeyd edib ki, bölgədəki vəziyyət ümummilli əhəmiyyət daşıyır. Buna görə hər hansı bir qərar hərtərəfli məsləhətləşmələr və müzakirələr nəticəsində verilməlidir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı müharibəni 10 noyabrdan etibarən dayandırmaq barədə razılığa gəliblər. Razılaşmaya əsasən, bölgəyə Rusiya sülhməramlıları yerləşdiriləcək.

Oxuməni.az