Baydeni təbrik edən ölkələrin sayı artmaqda davam edir

Baydeni təbrik edən ölkələrin sayı artmaqda davam edir

8 Noyabr 2020 09:45
Bəyəndim (0) Bəyənmədim (0)

Qeyri-rəsmi nəticələrə əsasən, ABŞ-ın 46-cı prezidenti seçilən demokrat Co Baydenə artıq dünya liderləri tərəfindən təbriklər gəlir.

Oxuməni.az xəbər verir ki, Kanadanın Baş Naziri Castin Trüdo, Almaniyanın Prezidenti Fran-Valter Ştaynmayer və kansler Angela Merkel, Böyük Britaniyanın Baş Naziri Boris Conson, Fransa Prezidenti Emmanuel Makron, NATO-nin baş katibi Yens Stoltenberq, ABŞ-ın keçmiş prezidentləri Barak Obama, Bill Klinton və Cimmi Karter Co Baydeni qələbə münasibətilə təbrik ediblər.

Qeyd edək ki, Co Bayden 273 səslə qələbəsini elan etsə də, Donald Tramp bununla razılaşmayıb.

Oxuməni.az