Co Bayden: "ABŞ-ın dünyadakı nüfuzunu ona qaytaracağam"

Co Bayden: "ABŞ-ın dünyadakı nüfuzunu ona qaytaracağam"

8 Noyabr 2020 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

“Biz koronavirusa qalib gəlməliyik, ailələrimizin sağlamlığını təmin etməliyik. Biz koronavirusa qalib gəlmədən iqtisadiyyatımızı bərpa edə bilmərik”.

Oxuməni.az xəbər verir ki, bu sözləri ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden xalqa müraciətində deyib.

Co Bayden bildirib ki, bazar ertəsi pandemiyaya qarşı mübarizə üçün ekspertlər qrupu yaradacaq.

Siyasi məsələlərdən danışan namizədin sözlərinə görə, respublikaçılar və demokratlar əməkdaşlıq etməlidirlər.

"Mən fəxr edirəm ki, demokratam, ancaq ölkəni bütün amerikalıların prezidenti kimi idarə edəcəyəm", - Bayden deyib.

Bayden bildirib ki, ABŞ-ın əvvəlki rəhbərlərindən çox seçici səsi toplayıb. Birləşmiş Ştatların 74 milyon seçicisi ona səs verib.

Bayden söz verib ki, ABŞ-ın dünyadakı nüfuzunu ona qaytaracaq. Demokrat namizəd prezident vəzifəsində amerikalıları birləşdirmək niyyətində olduğunu deyib. O, tərəfdarlarını rəqiblərinə düşmənçilik münasibəti bəsləməməyə çağırıb.

"Mən bölücü yox, birləşdirici prezident olmağa söz verirəm. Biz Birləşmiş Ştatlara "mavilər" (demokratiklər) və ya "qırmızılar" (respublikaçılar) kimi yox, vahid Birləşmiş Ştatlar kimi baxırıq", - Co Bayden xalqa müraciətində vurğulayıb.

Həmid