Erməni hərbçiləri Şuşadan Xankəndinə qaçıblar - Fransanın “Le Monde” qəzeti

Erməni hərbçiləri Şuşadan Xankəndinə qaçıblar - Fransanın “Le Monde” qəzeti

7 Noyabr 2020 20:33
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Silahlı Qüvvələri Qarabağın qədim tarixi şəhəri hesab olunan Şuşaya çatıb.

Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Fransanın nüfuzlu “Le Monde” nəşri məlumat yayıb. Xəbərdə qeyd olunur ki, Ermənistan ordusunun məğlubiyyətə uğradılmış hərbiçiləri yaralı halda Şuşanı tərk edərək Xankəndinə qaçıblar.

Fransa nəşri yazır ki, bu artıq müharibənin taleyinin həll edilməsi anlamına gəlir.

“Belə görünür ki, döyüşlər artıq noyabrın 6-da bütünlüklə Azərbaycan silahlı Qüvvələrinin xeyrinə dönüb”, - “Le Monde” yazır.