Türkiyənin müxtəlif bölgələrində Azərbaycana dəstək aksiyaları davam etdirilir

Türkiyənin müxtəlif bölgələrində Azərbaycana dəstək aksiyaları davam etdirilir

6 Noyabr 14:06
239
Bəyəndim (4) Bəyənmədim (0)

Qarabağda hərbi əməliyyatlar başlandığı gündən indiyədək qardaş Türkiyənin müxtəlif bölgələrində Azərbaycana dəstək aksiyaları davam etdirilir.

Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, Vətənini Sevənlərin Federasiyası (Vatanını Sevenler Federasyonu) İğdır vilayətinin Ermənistanla sərhəddində Azərbaycana dəstək aksiyası keçirib. Federasiyanən rəhbəri Mehmet Yıldız bildirib ki, Atatürkün dediyi kimi Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir: “Sərhəddə toplaşmağımızın məqsədi qardaş Azərbaycanın haqq savaşında yanında olduğumuzu göstərməkdir. Ermənistan terror dövləti kimi davranır, Qarabağdakı məğlubiyyətini mülki əhalini atəşə tutmaqla gizlətməyə çalışır”.

M.Yıldız əlavə edib ki, tarix Ermənistanı bütün zamanlarda türkə arxadan zərbə vurmaq üçün məqam gözlədiyini sübut edir. Türk dünyasına qarşı bu xain hücumlarına baxmayaraq hələ də saxta soyqırım iddiaları irəli sürürlər. Halbuki ən böyük soyqırım Azərbaycan xalqına qarşı Xocalıda törədilib. Dinc əhali qətlə yetirilib, bir milyondan çox azərbaycanlı yurd-yuvasından didərgin salınıb. Hazırda isə Ermənistanın qarşısında güclü bir Azərbaycan dayanıb. 40 gündür Azərbaycan haqq savaşındadır”.

Beynəlxalq Əsassız Erməni iddiaları ilə Mübarizə Dərnəyi Vətənini Sevənlərin Federasiyasına sərhəddə təşkil etdikləri aksiyaya görə təşəkkür edib. Dərnəyin rəıhbəri Göksel Gülbey bildirib ki, Azərbaycana hər cür yardım etməyə hazırdırlar. Ermənistanın Azərbaycan torpaqlarını tərk etməsinə hələ vaxtı var. Sonra gec olacaq: “Mübarizəmizi xarici ölkələrdə də davam edirik və erməni diasporunun yalan və xain planlarını pozuruq. Biz birlikdə güclüyük”.

Rüfət