Rusiya KİV-ləri: “Ermənistanın Qarabağda 5 Su-25 itirdiyi təsdiqlənir”

Rusiya KİV-ləri: “Ermənistanın Qarabağda 5 Su-25 itirdiyi təsdiqlənir”

6 Noyabr 12:03
229
Bəyəndim (5) Bəyənmədim (0)

İnternetdə Ermənistan Hərbi Hava Qüvvələrinin Qarabağda gedən döyüşlərdə 5 Su-25 hücum təyyarəsi itirdiyini təsdiqləyən foto yayılıb.

Oxuməni.az xəbər verir ki, bu haqda actualnews.org Rusiya saytı yazır.

Belə ki, Yerevan yaxınlığındakı Erebuni aerodromundan peyk çəkilişləri hazırda orada cəmi 10 Su-25 təyyarəsinin qaldığını təsdiq edir. Əvvəl isə aerodromda 15 Su-25 qırıcısı görünürdü. Qalan 5 təyyarə isə Azərbaycan ordusunun Qarabağda gedən döyüşlərdə vurduğu və Müdafiə Nazirliyi tərəfindən rəsmən açıqlanan Su-25 təyyarələrinin sayı ilə üst-üstə düşür. Avia.pro isə qeyd edir ki, bu peyk görüntüləri Azərbaycanın güclü hava hücumundan müdafiə sisteminə malik olduğu halda Ermənistanın bu miqdarda təyyarələri döyüşə atmasının və itirməsinin təsdiqidir.

Oxuməni.az