Bayden  Çorciya ştatında Trampla bərabər səviyyədə səs toplayıb

Bayden Çorciya ştatında Trampla bərabər səviyyədə səs toplayıb

6 Noyabr 2020 11:33
Bəyəndim (7) Bəyənmədim (0)

Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden, Corciya ştatında səslərin sayına görə Trampla bərabərləşib. Oxuməni.az lenta.ru-ya istinadən xəbər verir ki, Corciya ştatında üstünlük Trampın tərəfində idi. Lakin səslərin böyük hissəsinin sayılmasından sonra məlum olub ki, Corciya ştatında tərəflərə demək olar bərabər səviyyədə səs verilib.
Son məlumatlara görə, Bayden 49,36 faiz, Tramp 49,4 faiz səs yığıb. İndi onları biri-birindən 1775 səs ayırır.

Bununla belə 16 səsə malik olan Corciya ştatında da hələlik qalibin kim olduğu barədə məlumat verilmir. Lakin Trampın qərargahı poçt vasitəsilə alınan bülletenlərin hesablanması və saxlanması haqqında qanuna riayət edilməsi üçün seçki komissiyalarına qarşı məhkəmədə iddia qaldırıb.

Corciya ilə yanaşı, Pensilvaniya (20 səs), Şimali Karolina (15 səs) və Nevada (altı səs) da səslərin sayılması davam edir.
Səslərin gec sayılmasına səbəb koronavirus pandemiyası səbəbindən bir çox seçicinin poçt vasitəsilə səs verməsi və bülletenlərin hələ də müvafiq mərkəzə daxil olmaması ilə bağlıdır.
Buna baxmayaraq, hazırkı prezident artıq qələbəsini elan edib, demokratlar isə onları "səsləri oğurlamaq"cəhdində ittiham ediblər. Hələlik isə siyasi müşahidəçilərin fikrincə istənilən halda Bayden qələbəyə daha çox yaxındır.

Emin Axund