Bayden prezident seçkilərində qələbəyə çox yaxındır

Bayden prezident seçkilərində qələbəyə çox yaxındır

5 Noyabr 2020 17:09
Bəyəndim (0) Bəyənmədim (0)

Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden noyabrın 3-də keçirilmiş seçkilərdə böyük ehtimalla qalib gələcək.

Oxuməni.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, Bayden qələbə üçün zəruri olan 270-səsdən 264-nü özünə artıq təmin edib. Hazırkı Amerika lideri Donald Trampın isə 214 səsi var.

Hazırda dörd ştatda - Nevada, Pensilvaniya, Şimali Karolina və Corciya ştatında yekun vəziyyət aydın deyil. Tramp sonuncuların üçündə əvvəlcədən liderlik edir. Beləliklə, nəticə Nevada ştatında səslərin hesablanmasından sonra məlum olacaq. Sabiq vitse-prezidentə çatışmayan altı səs məhz Nevadadan gələ bilər. Hələlik bülletenlərin təxminən 75 faizi sayılıb və Bayden hazırkı prezidenti 0,6 faiz qabaqlayır.

Arizona ştatında da nəticə tam məlum deyil. Səsvermənin ilkin nəticələri Baydenin xeyrinə olsa da Tramp hələ də qələbə qazanmaq şansına malikdir.

Emin Axund