ABŞ-da transgender ilk dəfə Senatda yer alacaq

ABŞ-da transgender ilk dəfə Senatda yer alacaq

5 Noyabr 12:35
300
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Demokrat Partiyasının 30 yaşlı nümayəndəsi Sara Makbrayd ölkənin tarixində Senata seçilən ilk transgender olub.

Oxuməni.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazır.

Makbrayd Delaver ştatında Respublikaçı Stiv Vaşinqtonu üstələyərək seçki yarışını qazana bilib. Qəzetin yazdığına görə, o, Obama administrasiyası yanında Ağ Evdə staj keçib. Bundan sonra o, 2013-cü ildə imzalanmış transgenderlərin hüquqları haqqında qanun layihəsini Delaver ştatının Baş Assambleyasında müzakirəyə çıxarıb.

2016-cı ildə o, Demokratik Partiyanın Milli qurultayında çıxış edərək, bu cür irimiqyaslı siyasi tədbirdə açıq çıxış edən ilk transgender olub.

Həmidə