Gürcüstanda koronavirusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir

Gürcüstanda koronavirusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir

5 Noyabr 2020 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanda son sutka ərzində daha 2 401 nəfərə koronavirus diaqnozu qoyulub, 2 289 nəfər müalicə olunaraq sağalıb, 20 pasiyent isə vəfat edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 49 218-ə çatıb. Onların 33 459-u sağalıb, 401-i isə vəfat edib.

Hazırda karantin rejimində 3 160, stasionar müalicədə isə 4 489 nəfər var. Xəstəliyi simptomsuz keçirən 2 446 nəfər isə xüsusi otellərdə həkim nəzarətində saxlanılır.

Oxuməni.az