Trampın səslərin sayılmasının dayandırılması cəhdi ilə bağlı bugünkü açıqlaması biabırçı, misli görünməmiş  səhv addımdır

Trampın səslərin sayılmasının dayandırılması cəhdi ilə bağlı bugünkü açıqlaması biabırçı, misli görünməmiş səhv addımdır

4 Noyabr 2020 19:32
Bəyəndim (0) Bəyənmədim (0)

Demokratlar Partiyasından prezidentliyə namizəd olan Co Baydenin seçki qərargahı məhkəmələr vasitəsilə ölkədəki ümumi seçkilərdə verilmiş bütün bülletenlərin lazımi qaydada hesablanmasını təmin etməyə hazırdır.

Oxuməni.az xəbər verir ki, bu barədə Baydenin bu gün yayımlanan bəyanatında deyilir.

“ Tramp səslərin düzgün sayılmasının qarşısını almaq üçün məhkəməyə müraciət edərsə, bunun qarşısını almağa hazır vəkillərimiz var. Onlar bu işdən qalib çıxacaqlar”, - sənəddə deyilir. Demokratlar Partıyası qərargahının nümayəndələri ABŞ liderinin bülletenlərin işlənməsinə müdaxilə etməyə çalışdığı barədə açıqlama veriblər.

“Prezidentin səslərin sayılmasının dayandırılması cəhdi ilə bağlı bugünkü açıqlaması biabırçı, misli görünməmiş səhv addımdır. Bu, ABŞ vətəndaşlarını demokratik hüquqlardan məhrum etmək cəhdidir", - məlumatda deyilir.

Oxuməni.az