Gürcüstanda azərbaycanlı müxalifətçinin avtomobilində elektroşoker aşkarlanıb

Gürcüstanda azərbaycanlı müxalifətçinin avtomobilində elektroşoker aşkarlanıb

3 Noyabr 2020 14:11
Bəyəndim (1) Bəyənmədim (0)

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının fəalı Rafiq Orucov ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.

Oxuməni.az xəbər verir ki, bu barədə DTX-dan bildirilib. Qeyd olunub ki, həmin şəxs oktyabrın 31-də Tbilisidə müxalifətin Rustaveli prospektində keçirdiyi aksiyada iştirak edib və onun avtomobilində elektroşoker aşkarlanıb. Faktla bağlı istintaq aparılır. R.Orucov istintaq çərçivəsində sorğu-sual olunacaq.

Oxuməni.az