Türkiyədə 4 yaşlı uşaq 91 saat sonra dağıntılar altından xilas edilib
Oktyabrın 30-da Türkiyənin İzmir şəhərində baş vermiş 6,6 bal gücündə zəlzələdən sonra dağıntılar altında qalan şəxslərin axtarışları davam edir.
Oxuməni.az-ın məlumatına görə, binalardan birində 4 yaşlı qız 91 saat davam edən axtarışlardan sonra xilas edilib.
Dağıntılar altından çıxarılan qız xəstəxanaya yerləşdirilib.
Digər xəbərlər