Vyananın mərkəzində atışma: ölənlər var

Vyananın mərkəzində atışma: ölənlər var

3 Noyabr 2020 08:54
Bəyəndim (0) Bəyənmədim (0)

Avstriyanın paytaxtı Vyananın mərkəzində sinaqoqda silahlı atışma baş verib.

Oxuməni.az xəbər verir ki, hücum edənlərdən biri zərərsizləşdirilib. Avstriya Daxili İşlər Nazirliyi bir nəfərin isə saxlanıldığını bildirib. Nazirlik hadisəni terror aktı adlandırıb. Terror aktı nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Bu arada Vyananın Qraben küçəsində polis 4 terrorçunu yaxalayıb. Buna paralel olaraq Avstriya Daxili İşlər naziri Vyanada teraktın davam etdiyini bildirərək vətəndaşları küçələrə çıxmamağa çağırıb.
Avstriyanın hakimiyyət orqanları silahlı hücumda 2 nəfərin öldüyünü, 15-nin isə yaralandığını bildirir.

Oxuməni.az