Emomali Rahmon rəsmi şəkildə növbəti müddət üçün ölkəni idarə etməyə başlayıb

Emomali Rahmon rəsmi şəkildə növbəti müddət üçün ölkəni idarə etməyə başlayıb

2 Noyabr 2020 15:06
Bəyəndim (2) Bəyənmədim (0)

Emoməli Rahmon Tacikistan Prezidenti vəzifəsini icra erməyə başlayıb.

Oxuməni.az fergana.ru-ya istinadən xəbər verir ki, o, "Kohi Somon" Sarayında keçirilən mərasimdə respublikanın yeni seçilmiş rəhbəri kimi beşinci dəfə and içib.

"Mən Prezident kimi respublikanın Konstitusiyasını və qanunlarını müdafiə edəcəyimə, vətəndaşların hüquq, azadlıqlarının, şərəf və ləyaqətinin təmin olunmasına, Tacikistanın siyasi, iqtisadi və mədəni müstəqilliyini müdafiə edəcəyimə, xalqa sədaqətlə xidmət edəcəyimə and içirəm", - deyə Rahmon bildirib.

Tacikistan lideri çıxışında da ölkə sakinlərinə etimad göstərdiklərinə görə təşəkkür edib, hakimiyyətdə olduğu müddətdə dəyişmədiyini, 20 ildən artıq müddətdə olduğu kimi, eyni prinsiplərə sadiq olduğunu vurğulayıb.

Oxuməni.az