ABŞ-ın növbəti prezidenti kim olacaq: Bayden, yoxsa Tramp?

ABŞ-ın növbəti prezidenti kim olacaq: Bayden, yoxsa Tramp?

2 Noyabr 2020 14:28
Bəyəndim (2) Bəyənmədim (0)

Noyabrın 3-də ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək. Vətəndaşlar prezident və vitse-prezident seçəcək.

Oxuməni.az lenta.ru-ya istinadən xəbər verir ki, prezident seçkiləri ilə eyni vaxtda 35 senator, bütün nümayəndələr palatası, 13 qubernator və yerli hakimiyyət orqanları da seçiləcəkdir.

Prezident seçkiləri öncəsi Demokrat Partiyasından prezidentliyə namizəd Co Bayden rəy sorğularının nəticələrinə görə, Pensilvaniya, Florida, Arizona və Viskonsində liderdir. Bu barədə Yeni York Times yazır.

Qəzet bu dörd ştatı seçkilərin nəticəsi üçün ən vacib ştat adlandırır. Sorğular göstərir ki, Bayden Trampı Floridada, Pensilvaniyada, Arizonada və Viskonsində üstələyir. Maraqlıdır ki, Bayden 2016-cı ildə keçirilmiş prezident seçkisində səs verməyən seçicilər arasında daha populyar olub.

Bundan əlavə, qadınların arasında Bayden daha çox dəstəklənib. Kişilər arasında isə Arizonada Trampı dəstəkləyənlər üstünlük təşkil edir. Bundan başqa Baydeni, ali təhsilli ağ seçicilər arasında dəstəkləyənlər da kifayət qədər çoxdur. Pensilvaniyada və Viskonsində də yaşlı amerikalılar arasında Bayden Trampı özündən xeyli geridə qoyur.

Onu da deyək ki, sorğuda Floridada 1,4 min, Pensilvaniyada 1,8 min, Viskonsin şəhərində 1,2 min, Arizona ştatında isə 1,2 min respondent iştirak edib.

Beləliklə sabah ABŞ-da keçiriləcək prezident seçkilərində namizədlərdən hansının qələbə çalması və yaxın 4 ildə ölkəni idarə etməsi məsələsinə aydınlıq gətiriləcək. Hələliksə siyasi müşahidəçilərin əksəriyyəti belə hesab edir ki, hər iki namizədin seçkilərdə qələbə çalması imkanları demək olar bərabərdir.

Emin Axund