Moldovada prezident seçkilərinin II turu keçiriləcək

Moldovada prezident seçkilərinin II turu keçiriləcək

2 Noyabr 2020 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Avropayönümlü müxalifət Fəaliyyət və Həmrəylik Partiyasının lideri Maia Sandu, Moldovadakı Prezident seçkilərinin ilk turunda səslərin 35,61 %-ni, hazırkı dövlət başçısı İqor Dodon isə 33,01%-ni qazanıb.

Oxuməni.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, protokolların 99,11% -i sayılıb.

Dnestryanı seçicilər prezident seçkilərində Dodonu dəstəkləyib. Moldova prezidentliyinə namizəd Sandu isə xaricdə 61,5 % səs toplayıb.

Seçici iştirakı tələb olunan 33.33% -dən çox olduğundan, MSK seçkiləri keçərli sayıb.

Namizədlərdən heç biri səslərin 50% -dən çoxunu yığa bilmədiyi üçün qalib noyabrın 15-də keçiriləcək ikinci turda müəyyənləşəcək.

Oxuməni.az