Mixail Saakaşvili Gürcüstanın Baş Naziri olmaq istəmir

Mixail Saakaşvili Gürcüstanın Baş Naziri olmaq istəmir

1 Noyabr 2020 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili Gürcüstanın Baş Naziri olmaq istəmir.

Bu barədə o, “Mtavari” telekanalının efirində bildirib.

“Məni heç bir vəzifə, o cümlədən Gürcüstanın Baş Naziri vəzifəsi maraqlandırmır. Amma fiziki olaraq harada olacağımı önümüzdəki günlərdə bildirəcəyəm”, - siyasətçi deyib.

Daha əvvəl müxalifətçi Vahid Milli Hərəkat Partiyasının nümayəndələri parlament seçkilərində qələbə qazanacaqları təqdirdə Saakaşvilinin Baş Nazir vəzifəsinə namizədliyini irəli sürmüşdülər. Saakaşvili isə bəyan edirdi ki, o, Gürcüstanı “inkişaf yoluna” qoymaq üçün cəmi iki il müddətinə hökumət başçısı vəzifəsini tutmağa hazırdır.

Qeyd edək ki, bir qədər əvvəl Gürcüstanda keçirilən parlament seçkilərinin exit-poll nəticələri açıqlanıb. ABŞ-ın “Public Opinion Strategies” şirkətinin məlumatına görə, 55% səslə “Gürcü arzusu” partiyası liderdir. 23% səslə Vahid Milli Hərəkat Partiyası ikinci yerdə, 3% səslə Avropalı Gürcüstan Partiyası üçüncü yerdədir.

Oxuməni.az