Ordumuza atəş açan erməni keşiş məhv edildi

Ordumuza atəş açan erməni keşiş məhv edildi

30 Oktyabr 2020 17:06
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Apostol kilsəsinin keşişləri Azərbaycan Ordusuna qarşı döyüşlərə qatılıb.

Oxuməni.az xəbər verir ki, Eçmiədzindəki erməni apostol kilsəsinin informasiya xidmətinin direkotru Vaqram Melikyan daha 1 keşişin Qarabağda ölümü barədə məlumat verib.

Onun sözlərinə görə, keşiş Rüstəm Poqosyan Qarabağ uğrunda döyüşlərdə ölüb. Kilsə rəsmisi bundan əvvəl, Narek Petrosyan adlı keşişin Ordumuz tərəfindən məhv edildiyini açıqlamışdı.