Türkiyənin sabiq Baş naziri Məsud Yılmaz vəfat edib

Türkiyənin sabiq Baş naziri Məsud Yılmaz vəfat edib

30 Oktyabr 2020 12:29
Bəyəndim (1) Bəyənmədim (1)

Türkiyənin sabiq Baş naziri Məsud Yılmaz İstanbulda müalicə aldığı xəstəxanada 73 yaşında vəfat edib.

Oxuməni.az xəbər verir ki, M.Yılmaz təxminən iki ildir ağciyər xərçəngi və digər xəstəliklərdən əziyyət çəkirdi.

1983-cü ildə Türkiyənin Rizə vilayətindən deputat seçilən M.Yılmaz 1986-1990-cı illərdə Türkiyənin Xarici İşlər naziri, Mədəniyyət və Turizm naziri, 1997-1999-cu illərdə Baş nazir vəzifələrini icra edib.

Məsud Yılmaz İstanbulda dəfn ediləcək.

Oxuməni.az