ABŞ-da  70 milyon nəfərdən çox insan prezident seçkisində vaxtından əvvəl  səs verib

ABŞ-da 70 milyon nəfərdən çox insan prezident seçkisində vaxtından əvvəl səs verib

28 Oktyabr 2020 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın 70 milyon nəfərdən çox vətəndaşı 3 noyabrda keçiriləcək prezident seçkisində vaxtından əvvəl iştirak edərək, səs veriblər.

Oxuməni.az xəbər verir ki, bu barədə məlumat “United States Elections Project” saytında yerləşdirilib. Bu göstərici 2016-cı ildə ABŞ-da baş tutan seçkidə iştirak edənlərin ümumi sayının yarıdan çoxunu təşkil edib. Belə ki, 2016-cı ildəki seçkidə 138,8 milyon nəfər səs verib.

Vaxtından əvvəl səsini verən seçicilər arasında ilk yeri Texas ştatı sakinləri tutublar. Ondan sonrakı yerdə Kaliforniya, Florida və Şimali Karolina qərarlaşıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkisi koronavirusla əlaqədar bu il fərqli qayda da baş tutacaq. Belə ki, seçicilər seçkidə səslərini məktubla verə biləcəklər.

Seçkidə əsas iki namizəd - hazırkı Prezident Donald Tramp və Demokratlar Partiyasının namizədi Cozef Bayden mübarizə aparır.

Oxuməni.az