Co Bayden rəy sorğularına əsasən Trampdan xeyli irəlidədir

Co Bayden rəy sorğularına əsasən Trampdan xeyli irəlidədir

27 Oktyabr 2020 17:17
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Demokrat partiyasından prezidentliyə namizəd Co Baydenin daha 3 “kilid” ştatda keçirilən rəy sorğularında rəqibi Donald Trampı üstələdiyi məlum olub.

Bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Verilən informasiyaya əsasən “YouGov” təşkilatı və Viskonsin univeristetinin birgə keçirdiyi son sorğuda Co Baydenin Donald Trampdan Miçiqan ştatında 10%, Pensilvaniyada 8%, Viskonsində isə 9% öndə olduğu görünür. Qeyd edək ki, 2016-cı ildə məhz bu 3 ştatada qələbə qazanması sayəsində Donald Tramp Hillari Klintonu məğlub edə bilmişdi.

Buna baxmayaraq, Donald Tramp ən azı Pensilvaniyada 2016-cı ildən daha çox səs toplayacağına əmin olduğunu söyləyib. Yaxın vaxtarda o, bu ştatın Allentaun, Lititz və Martinsburq şəhərlərində 3 mitinqə qatılacaq. Buna qədər ABŞ dövlət başçısı Nyu-Hempşir və Men ştatlarının qərarsız seçicilərinin rəğbətini qazanmaq üçün burada tərəfdarları ilə görüşlər keçirib.

Oxuməni.az