ABŞ Senatı Emi Koni Barretin Ali Məhkəmə üzvlüyünə namizədliyini təsdiqlədi

ABŞ Senatı Emi Koni Barretin Ali Məhkəmə üzvlüyünə namizədliyini təsdiqlədi

27 Oktyabr 2020 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Konqresinin Senatı bazar ertəsi axşam Apellyasiya Məhkəməsinin hakimi Emi Koni Barretin Ali Məhkəmənin üzvlüyü vəzifəsinə namizədliyini təsdiq edib. Barrett məhkəmədə vəfat etmiş liberal hakim Rut Qinzburqun yerini tutacaq. Bununla yanaşı, məhkəmədə respublikaçı nümayəndələrin çoxluğunu daha da artıracaq. Hazırda 9 hakimdən 6-ı respublikaçıdır.

Demokratlar Barrettin təsdiqlənməsinə müqavimət göstəriblər, çünki artıq o, Ali Məhkəmənin respublikaçı prezident Donald Tramp tərəfindən irəli sürülmüş üçüncü hakimi olub. Bu uzun illər ən əhəmiyyətli siyasi, hüquq və sosial məsələlər üzrə qərarların qəbul olunması üçün nəticələrə malik ola bilər.

Oxuməni.az