Donald Tramp yenidən prezident seçilsə, ABŞ NATO-dan çıxacaq

Donald Tramp yenidən prezident seçilsə, ABŞ NATO-dan çıxacaq

27 Oktyabr 10:33
120
Bəyəndim (0) Bəyənmədim (0)

Donald Tramp yenidən prezident seçilsə, ABŞ NATO-dan çıxacaq.

Oxuməni.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton deyib.

“Tramp yenidən seçilsə, onun üçün siyasi məhdudiyyətlərin çox hissəsi ortadan qalxacaq. Düşünürəm ki, bu, ABŞ üçün böyük səhv olacaq”, – deyə o bildirib.

O, həmçinin ABŞ-ın NATO olmadan yaşaya bilməyəcəyini deyib:

“Məncə, bu, ümumilikdə Qərb üçün çox böyük səhv olacaq. NATO parçalansa, bu, daha xaotik dünya yaradacaq”.

Oxuməni.az