İtaliyada yaşamaq üçün gözəl imkan : İtalyan kəndinə köçmək üçün pul ödəyəcək və biznesin üçün pul verəcəklər

İtaliyada yaşamaq üçün gözəl imkan : İtalyan kəndinə köçmək üçün pul ödəyəcək və biznesin üçün pul verəcəklər

25 Oktyabr 2020 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

Çoxları pulu yığırlar ki, İtaliyada bir həftə yaşaya bilsinlər. Ancaq İtaliyadakı kəndlərdən biri orada yaşamaq istəyənlərə əlavə pul ödəməyə hazırdır.

Oxuməni.az radiokp.ru-ya istinadən xəbər verir ki, söhbət Abruzzo regionundakı Santo Stefano di Sesanio kəndindən gedir. İndi burada cəmi 115 nəfər yaşayır, özü də onların demək olar ki, yarısı yaşlıdır və yalnız13 nəfərin yaşı 20-dən azdır.

Hakimiyyət pul vasitəsi ilə oraya yeni insanları cəlb etmək niyyətindədir. Məqsəd bu yolla kənddə həyatın davam etdirilməsidir. Buna görə, Santo Stefanoda yaşamaq istəyənlərə 20 min avro ödəniləcək və onlara bizneslərini inkişaf etdirmək üçün əlavə qrant ayrılacaq. Eyni zamanda kəndə köçərək orada yaşayanlara üç il ərzində 8 min Avro ödəniləcək.

Kirayə mənzil köçkünlərə simvolik məbləğə başa gələcək. Əsas şərtlər yaşın 18-dən 40 arasında olmasıdır. Aİ üzvü olan digər ölkələrin vətəndaşları da bu imtiyazlardan istifadə edə biləcəklər.

Proqram iştirakçılarının 5 il ərzində həmin kənddə yaşaması vacibdir. Ərizələr administrasiyanın saytında noyabrın 15-dək qəbul olunur.

Əvvəllər İtaliyada evləri simvolik qiymətə 1 avroya satmağa başlayıblar. Tarantino şəhər hakimiyyət orqanları bu qiymətə satışa 5 ev çıxarıblar. Bununla dərhal digər yaşayış məntəqələrinin sakinləri maraqlanıblar.

Cəlbedici satış şərtlərindən biri yeni mülkiyyətçinin həmin evdə qeydiyyata düşməsi və orada yaşamasıdır.

Emin Axund