160 qıza təcavüzdə şübhəli bilinən italiyalı Elzasda həbs olunub

160 qıza təcavüzdə şübhəli bilinən italiyalı Elzasda həbs olunub

25 Oktyabr 2020 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

Elzasın cənubunda 52 yaşlı italiyalı saxlanılıb, onun 160 yetkinlik yaşına çatmayan uşağa təcavüzündən şübhələnirlər.

Oxuməni.az euronevvs-ə istinadən xəbər verir ki, Fransa hüquq-mühafizə orqanları şübhəli Kozimo Kionnanı Almaniyanın tələbi ilə verilmiş Avropa orderi əsasında həbs edərək Kolmar şəhərinin həbsxanasına yerləşdiriblər.

İstintaqın məlumatına görə, o, 2000-ci ildən 2014-cü ilə qədər öz qızını, həmçinin mülki nikahda yaşadığı həyat yoldaşının uşaqlarını dəfələrlə zorlayıb.

Onun Elzasda olması haqqında Fransa hüquq-mühafizə orqanlarına oktyabrın 7-də məlum olub. Xüsusi axtarış briqadası on gün sonra Rümersaym-le-O kommunasında onun izinə düşüb. O, burada məşuqələrindən birinin evində qalırdı.

Oxuməni.az