Kiyev Türk Bayraktar platformasının pilotsuz uçan aparatları üçün meydan axtarır

Kiyev Türk Bayraktar platformasının pilotsuz uçan aparatları üçün meydan axtarır

24 Oktyabr 13:52
229
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna, Türkiyənin Bayraktar şirkəti ilə ölkədə pilotsuz uçuş aparatlarının (PUA) istehsalının yerləşdirilməsinə dair razılaşma çərçivəsində belə bir müəssisə üçün müvafiq meydança axtarır.
"Türkiyə tərəfi sərmayə yatırmağa hazırdır. Onlar bizdən müvafiq tələbləri olan, sonradan bu aparatları istehsal edəcək müəssisəni quracaq meydançaya ehtiyac duyurlar", - deyə o, Kiyevdə keçirilən mətbuat konfransında bildirib.

Oxuməni.az sensor.net-ə istinadən xəbər verir ki, baş nazirin iki ölə arasında əlaqələrin daha da inkişaf etdiriləcəyini söyləyib:" Ukraynada Bayraktar müəssisəsində Ukrayna mühəndisləri və konstruktorları işləyəcək və bu şirkət istər Ukrayna, istərsə də digər bazarlarda pilotsuz uçuş aparatlarının satışı hüququnu əldə edəcəkdir".

Uruski həmçinin bildirib ki, Türkiyə ilə səyyar tank əleyhinə raket komplekslərinin birgə istehsalı və Türkiyədə aviasiya mühərriklərinin istehsalı üzrə birgə müəssisənin təşkili və Türkiyə ilə birgə döyüş təyyarəsinin istehsalı nəzərdə tutulub.

"Nəzərdə tuturuq ki, bir neçə birgə müəssisə, o cümlədən dəniz mövzusunda müəssisələr yaradılacaq", – deyə Uruski bildirib. O dəqiqləşdirib ki, Ukrayna Müdafiə Nazirliyi Türk korvetləri ilə maraqlanıb,amma bu barədə ətraflı danışıqlar hələ olmayıb.