Gürcüstanda koronavirus infeksiyası sürətlə yayımaqda davam edir

Gürcüstanda koronavirus infeksiyası sürətlə yayımaqda davam edir

23 Oktyabr 17:26
235
Bəyəndim (0) Bəyənmədim (0)

“Gürcüstan koronavirus infeksiyasının yayılması baxımından “narıncı” zonadan “qırmızı” zonaya keçib”.

Oxuməni.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O, Gürcüstanda yoluxmanın pik dövrünün noyabrın ikinci-üçüncü həftəsində yaşanacağını deyib.

Mərkəz rəhbərinin sözlərinə görə, ölkədə testləmə üzrə yaxşı göstərici əldə olunub:

“Milyon nəfər əhaliyə 213 min test düşür. Hər gün ölkə üzrə 10 minə yaxın test aparılır ki, bu da pandemiya şəraitində yaxşı göstərici hesab olunur”.

Qeyd edək ki, Gürcüstanda son günlərdə koronavirus infeksiyası sürətlə yayılmaqda davam edir. Buna qarşı həyata keçirilən tədbirlər isə bir nəticə vermir.

Oxuməni.az