Putin: Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz

Putin: Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz

23 Oktyabr 09:43
267
Bəyəndim (3) Bəyənmədim (0)

Rusiya Prezidenti Vladimir Putin ABŞ-dan Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməsini gözləyir.

Oxuməni.az xəbər verir ki, bunu Rusiya Prezidenti "Valday" klubunun iclasında deyib.

V.Putin bildirib: "Bir daha hər iki ölkənin Xarici işlər nazirləri Moskvaya gəlmişdilər. Ayın 23-ü onlar Vaşinqtonda görüşəcəklər. Çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə həmrəylik göstərəcək və nizamlanmaya kömək edəcəklər".

Eyni zamanda V.Putin bildirib ki, Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz: "Bu illər ərzində vəziyyətin uzun bir tarixi perspektiv üzrə sabitləşdirilməsi üçün müxtəlif variantlar təklif etmişik. İnanın, bu gərgin iş idi. Bəzi anlarda elə gəlirdi ki, bir addım daha atsaq həllə nail olacağıq. Təəssüf ki, bu baş vermədi və bu gün qarşımızda münaqişənin ən pis variantı var. Faciə isə ondan ibarətdir ki, insanlar ölür".

Oxuməni.az