81 yaşlı Ərdəhan sakini Qarabağda döyüşmək üçün ərizə verdi, babasının qisasını almaq istəyir

81 yaşlı Ərdəhan sakini Qarabağda döyüşmək üçün ərizə verdi, babasının qisasını almaq istəyir

22 Oktyabr 17:30
277
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Ərdəhan vilayətində yaşayan 81 yaşlı İsmayıl Sural Birinci Dünya Müharibəsi dövründə ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş babasının qisasını almaq üçün Qarabağda döyüşmək istəyir.

Oxuməni.az virtualaz.org-a istinadən xəbər verir ki, Ərdəhan vilayətin hərbi idarəsinə, eləcə də Azərbaycan dövlətinə yazılı müraciət ünvanlayan Sural bildirib ki, yaşına görə narahat olmasınlar, peşəkar ovçu kimi istədiyi hədəfi vura bilir. Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Ermənilər babamı xüsusi vəhşiliklə qətlə yetiriblər”

Birinci Dünya Müharibəsi zamanı ermənilər Türkiyənin müxtəlif bölgələrində, o cümlədən, Ərdəhanda və vilayətin kəndlərində kütləvi qətllər törədiblər. Uşaqlar, yaşlılar, qadınlar vəhşicəsinə qətlə yetirilib. İ.Sunalın babası da erməni qəsbkarları tərəfindən da qətlə yetirilən günahsız, dinc sakinlərdən biri olub. Sunal indi Qarabağda döyüşərək babasının qisasını almaq istəyir.

İsmayıl Sural Ərdəhanın Taşlıdere kəndindəndir. Deyir ki, ermənilər təkcə Taşlıdere kəndində 19 türkü xüsusi amansızlıqla qətlə yetirib. Sural bildirib ki, peşəkar ovçudur, indiyə qədər atdığı güllə hədəfdən yayınmayıb: “Mən nənəmin babam haqqında danışdıqları ilə böyümüşəm. Ermənilər dinc sakinləri həm dəmir parçaları ilə döyərək, həm də odlu silahlarla öldürüblər. Hazırda 81 yaşım var, amma hələ də erməniyə nifrətim azalmayıb”.

“Yaşıma görə narahat olmasınlar”- İ.Sural Azərbaycana ünvanladığı müraciətində deyib. Bildirib ki, ovçu olduğundan sərrast nişan ala bilir. “Ermənilərin Azərbaycanda mülki şəxslərə son hücumlarından sonra dərin sarsıntı keçirmişəm. Günlərdir gecələr də yata bilmirəm. Bu qətliamlar qınanmalıdır. Mən döyüşmək arzusundayam. Azərbaycan dövləti mənə şərait yaratsın” – Sural müraciətində qeyd edib.

“Qarabağda şəhid olmaq istəyirəm”

İsmayıl Sural Qarabağda şəhid olmaq istədiyini də dilə gətirib: “Qarabağdakı erməni vəhşiliyi artıq dözülməz həddədir. Buna görə də Qarabağa gedib döyüşmək istəyirəm. Şəhid olsam da, Qarabağda şəhid olum. İşğal olunmuş torpaqların azad olunmasında Azərbaycana az da olsa köməyim dəyə bilər. Azərbaycan rəsmilərindən mənə yardım etmələrini istəyirəm”.

Sural yazılı müraciətini Ərdəhanın hərbi komissarlığına təqdim edib.

Professor: “Sakinləri məsciddə yandırdılar”

Uzun illər müəllimlik etmiş professor Ərdoğan Altınkaynak isə ermənilərin Ərdəhanda törətdikləri vəhşiliklərdən bəhs edib. Onun sözlərinə görə, Birinci Dünya Müharibəsi ərəfəsində Şərqi Anadolu vilayətində daşnak təşkilatının tərəfdarları tərəfindən amansız qətliamlar törədilib. Müsəlmanlar- yaşlılar, qadın və uşaqlar qətlə yetirilib

Professor bildirib ki, Şərqi Anadoludakı qətliamlar türklərin sayını azaltmaq məqsədini daşıyıb. “Məqsəd Türk və müsəlman əhalisinin sayını azaltmaq və bölgədə erməni dövləti yaratmaq olub. Türkləri Ardahanın mərkəzindəki sönradan Yanıq Cami adlandırılan məsciddə bir yerə toplayaraq od vurub yandırıblar. Taşlıdərə kəndində 19 türkü məhz müsəlman olduğu üçün vəhşicəsinə qətlə yetiriblər. Buna görə də illər keçməsinə baxmayaraq hələ də insanların düşüncələrində nifrət və kin qalıb. Xüsusilə yaşlı nəslin nümayəndələri olanları unutmurlar” - professor qeyd edib.

Oxuməni.az