Rusiya PUA döyüşünə hazır deyil

Rusiya PUA döyüşünə hazır deyil

22 Oktyabr 2020 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Pilotsuz Uçuş Aparatı və Silahlı Pilotsuz Uçuş Aparatı döyüşünə hazır deyil.

Bu iddia ilə ölkənin “Komsomolskaya Pravda” nəşri çıxış edib.

Nəşr “Rusiya SPUA döyüşünə hazırdırmı?” başlığı ilə mövzunu gündəmə gətirib. Məqalədə bu suala “yox” cavabı verilib və qabaqlayıcı tədbirlər üçün xəbərdarlıq olunub.

Qeyd edilib ki, ölkənin yüzlərlə kiçik miqyaslı pilotsuz uçuş aparatı var, amma böyük pilotsuz uçuş aparatlarına sahib deyil.

Mövzu Böyük Britanita mediasını da məşğul edib. BBC telekanalı Rusiyanın Türkiyəyə məxsus PUA-larla bağlı narahatlığını gündəmə gətirib.

Oxuməni.az