İran, Rusiya və Türkiyə ATƏT-in Minsk Qrupunu əvəz edə bilər

İran, Rusiya və Türkiyə ATƏT-in Minsk Qrupunu əvəz edə bilər

21 Oktyabr 2020 16:14
Bəyəndim (0) Bəyənmədim (0)

İran, Rusiya və Türkiyənin yer alacağı üçtərəfli təşkilat ATƏT-in Minsk Qrupunun münaqişə ilə bağlı səylərini tamamlaya bilər.

Oxuməni.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

“Tehran Dağlıq Qarabağda davamlı sülhün bərqərar olmasına və münaqişənin həllinə töhfə verməyə hazırdır. İran, Rusiya və Türkiyənin yer alacağı üçtərəfli təşkilat ATƏT-in Minsk Qrupunun səylərini tamamlaya bilər. Dağlıq Qarabağda davamlı sülh yalnız dialoq vasitəsilə əldə edilə bilər”, - sözçü bildirib.

Oxuməni.az