Macarıstanın Avropa Birliyində Türkiyə və Azərbaycana qarşı təklif edilən  sanksiya təkliflərinə veto qoyacağını açıqlaması təqdirəlayiqdir

Macarıstanın Avropa Birliyində Türkiyə və Azərbaycana qarşı təklif edilən sanksiya təkliflərinə veto qoyacağını açıqlaması təqdirəlayiqdir

21 Oktyabr 09:16
135
Bəyəndim (3) Bəyənmədim (0)

Macarıstanın Avropa Birliyində Türkiyə və Azərbaycana qarşı təklif edilən bütün sanksiya təkliflərinə veto qoyacağını açıqlaması təqdirəlayiq addımdır. Bu gün bənzər davranışı türk və müsəlman ölkələrindən də görmək istərdik.

Oxuməni.az xəbər verir ki, bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Macarıstanın Avropa Birliyində Türkiyə və Azərbaycana qarşı təklif edilən bütün sanksiya təkliflərinə veto qoyması haqda danışarkən axar.az-a deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanın işğal altındakı torpaqlarını xilas etmək üçün başlatdığı əks-hücum əməliyyatı bu gün də uğurla davam edir. Azərbaycan Ordusunun cəbhədə qazandığı uğurlar təbii olaraq erməni tərəfini qorxuya salır. Xüsusilə bu istiqamətdə erməni diasporu və lobbisi xarici ölkələrdə fəal antitəbliğat və qarayaxma kampaniyası yeridir.

Xüsusilə Türkiyənin Azərbaycana açıq şəkildə dəstəyini ifadə etməsi başda Fransa olmaqla, bəzi ölkələri qane etmir. Belə bir vaxtda Macarıstanın Avropa İttifaqında Türkiyə və Azərbaycana qarşı sanksiya təkliflərinə veto qoyacağını açıqlaması həm Fransanın, həm də erməni diasporunun məkrli siyasətinə böyük zərbə vurdu.

Macarıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) müşahidəçi qismində iştirak edən üzvüdür. Maraqlı məqam isə odur ki, Macarıstan təşkilatın tamhüquqlu üzvü olan türk ölkələrindən daha ciddi həmrəylik nümayiş etdirir. Hər zaman Türkiyə və Azərbaycana dəstək olur. Bu mənada Macarıstan TDƏŞ-in tamhüquqlu üzvü olmaq haqqı qazanıb”.

Oxuməni.az