Nikol Paşinyanın Qərbi Avropaya səfəri qadağan olunmalıdır

Nikol Paşinyanın Qərbi Avropaya səfəri qadağan olunmalıdır

20 Oktyabr 2020 11:13
Bəyəndim (0) Bəyənmədim (0)

“Ermənistanın Gəncəyə vəhşicəsinə hücumları insanlığa qarşı dəhşətli cinayətdir”.

Bunu Paraqvay Senatının sədri Oskar Ruben Salomon Fernandes oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncənin mülki əhalisinə raket zərbələri endirməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbi Avropaya səfəri qadağan olunmalı, hərəkətləri NATO rəhbərliyi tərəfindən sərt şəkildə pislənilməli, Avropa Şurasının prezidenti isə vəhşiliyə görə məsuliyyət daşıyanların cəzalandırılması üçün siyasi tədbirlər görməlidir.

“Paraqvay xalqı bu çox çətin dövrlərdə Azərbaycan xalqının yanındadır”, - Paraqvay Senatının sədri bildirib.

Oxuməni.az