Ermənistana məxsus pilotsuz uçuş aparatı İran ərazisində vurulub

Ermənistana məxsus pilotsuz uçuş aparatı İran ərazisində vurulub

19 Oktyabr 2020 15:03
Bəyəndim (0) Bəyənmədim (0)

İran öz dövlət sərhədlərini pozan Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.

Oxuməni.az xəbər verir ki, səhər saatlarında İranın hava hücumundan müdafiə sistemləri Ermənistan ərazisindən hərəkət edən aparatı dövlət sərhədini keçdikdən sonra zərərsizləşdirib.

Hadisə Ərdəbil əyaləti ərazisində baş verib. Həmin dronun kəşfiyyat dronu olduğu müəyyənləşdirilib.

Bu, İran tərəfindən Ermənistan PUA-sının vurulması ilə bağlı ilk hadisə olub.

Oxuməni.az