Donald Tramp Emmanuel Makronun vəzifəsini dəyişik saldı

Donald Tramp Emmanuel Makronun vəzifəsini dəyişik saldı

18 Oktyabr 12:28
161
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ lideri Donald Tramp Fransa prezidenti Emmanuel Makronu səhvən baş nazir adlandırı

Oxuməni.az xəbər verir ki, ABŞ rəhbəri bu qeyri-dəqiqliyə Miçiqan ştatında mitinqdə iqlim üzrə Paris razılaşması haqqında danışarkən yol verib.

"Bəs siz bilirsiniz ki, mən hələ dayandım? İqlim üzrə Paris razılaşması", - Tramp deyib. "Mən baş nazir Makronu çox sevirəm, amma bir dəfə ondan soruşdum, vəziyyət necədir, orada razılaşma necədir?", - deyə Tramp Fransa prezidentinin vəzifəsini yanlış adlandırıb.

Qeyd edək ki, hazırda Fransanın baş naziri Jan Kasteksdir. Onu bu vəzifəyə 2020-ci ilin iyulunda Makron özü təyin edib. Prezident-parlament respublikası olan Fransada hökumətin rəhbərini məhz dövlət başçısı təyin edir.