“Şirak” futbol komandasının futbolçusu Qriqoryan İşxan  Qarabağda məhv edilib

“Şirak” futbol komandasının futbolçusu Qriqoryan İşxan Qarabağda məhv edilib

16 Oktyabr 2020 15:53
Bəyəndim (0) Bəyənmədim (0)

İşğalçı Ermənistan ordusunun itirdikləri hərbçilər arasında futbolçu da var.

Oxuməni.az xəbər verir ki, ötən gün Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı məhv edilən erməni hərbçiləri arasında “Şirak” futbol komandasının futbolçusu Qriqoryan İşxan da var.

Qeyd edək ki, düşmən tərəfi rəsmən 633 hərbçinin ölümünü təsdiqləyib.

Onlar arasında həm çağırışçılar, həm də müqavilə əsasında və ehtiyatdan çağırılan hərbçilər var.

Ənənəvi qaydada ermənilər Ermənistandan gəlib Qarabağda xidmət edən hərbçilərin adlarını açıqlayırlar.

Bir qayda olaraq Qarabağda yerləşdirilmiş hərbi birləşmələrdə qulluq edən Qarabağın separatçı sakinləri və xaricdən gələrək işğalçı ordunun tərkibində döyüşən terrorçuların ölümü haqda rəsmi olaraq heç bir məlumat verilmir.

Oxuməni.az